Rəşt-Astara dəmir yolunun tikintisinə başlanılacaq
Operativ Media
Rusiya və İran aprelin 1-də Rəşt-Astara dəmir yolu layihəsinin tikintisinə başlayacaq.
Operativ Media xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Sergey Tsivilev bildirib.
O qeyd edib ki, tərəflər layihənin başlanmasını gecikdirən bütün mübahisəli məsələləri həllinə nail ola bilib.
“Şimal–Cənub” yalnız enerji deyil, həm də nəqliyyat dəhlizidir və Rəşt–Astara dəmir yolu xəttinin tikintisi bu layihənin əsas tərkib hissəsidir. Torpaq məsələlərinin rəsmiləşdirilməsi və güzəştlərin alınması da daxil olmaqla, əvvəllər mövcud olan bütün məsələləri demək olar ki, həll etmişik. Bu gün Rusiyada keçiriləcək nəqliyyat həftəsində – aprel 1-də layihənin icrasına başlanması ilə bağlı yekun saziş imzalanacaq”, – deyə Tsivilev qeyd edib.