Filippin sahillərində bərə qəzasında ölənlərin sayı 62-yə çatıb
Şəfa Hüseynli
Filippinin cənubunda "Trisha Kerstin" bərəsinin batması nəticəsində ölənlərin sayı 62-yə çatıb.
Operativ Media xəbər verir ki, bu barədə "Manila Bulletin" qəzeti Filippin Sahil Mühafizəsinə istinadən məlumat yayıb.
Əvvəlki məlumatlara görə, ölənlərin sayı 51 nəfər idi. Hadisədən 293 sərnişin sağ çıxıb. Daha 17 nəfər isə hələ də itkin düşüb. Axtarış-xilasetmə əməliyyatı davam edir.
Qeyd edək ki, Zamboanga şəhərindən Jolo şəhərinə gedən sərnişin bərəsi 25 yanvarda Basilan əyalətindəki Baluk adası yaxınlığında batıb.