Menyu

Sadır Japarov Avropa Parlamentinin üzvlərini qəbul edib

Şəfa Hüseynli
Sadır Japarov Avropa Parlamentinin üzvlərini qəbul edib

Qırğızıstan Prezidenti Sadır Japarov  Mərkəzi Asiya ölkələri ilə əlaqələr üzrə nümayəndə heyətinin sədri Cüzeppe Prinçinin rəhbərlik etdiyi Avropa Parlamentinin üzvlərini qəbul edib.

Operativ Media xəbər verir ki, bu barədə "Kabar" məlumat yayıb.

Qırğızıstan ilə Avropa İttifaqı arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri, o cümlədən parlamentlərarası qarşılıqlı əlaqələrin gücləndirilməsi, insan hüquqlarının qorunması və söz azadlığının təmin edilməsi məsələləri müzakirə olunub.

Görüşün nəticəsi olaraq, tərəflər Qırğızıstan və Avropa İttifaqı arasında qarşılıqlı maraq doğuran prioritet sahələrdə əməkdaşlığı daha da inkişaf etdirməyə hazır olduqlarını bildiriblər.


Əlaqəli Xəbərlər