Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçiriləcək
Operativ Media
Aprelin 19-da Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçiriləcək.
Operativ Media xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bolqarıstan Prezidenti İliana Yotova ölkənin Milli Bankının sədr müavini Andrey Qyurovu Aİ və NATO üzv dövlətində cəmi beş il ərzində səkkizinci parlament seçkisinə hazırlıq vəzifəsi daşıyan müvəqqəti hökumətə rəhbər təyin edib.
Əvvəlki hökumət iqtisadi siyasətinə görə həftələrlə davam edən etirazlardan və korrupsiya ilə mübarizədə uğursuzluqdan sonra istefaya göndərilib.
Yotova mətbuat konfransında bildirib ki, aprelin 19-da növbədənkənar seçkilərin keçirilməsi barədə fərman imzalayacaq.