Slovakiya hakimiyyəti neft sektorunda fövqəladə vəziyyət elan edib
Şəfa Hüseynli
Slovakiya hökuməti ölkənin neft sektorunda fövqəladə vəziyyət elan edib.
Operativ Media xəbər verir ki, bu barədə "Pravda" qəzeti məlumat yayıb.
Hakimiyyət orqanları Milli Dövlət Ehtiyatları İdarəsinin təklifi ilə fövqəladə vəziyyət elan etmək qərarına gəliblər. Qəzetin qeyd etdiyi kimi, bu tədbirlər Drujba boru kəməri vasitəsilə Rusiya neftinin tədarükünün dayandırılması ilə bağlıdır. Lakin Bratislava boru kəməri ilə tədarükün yaxın günlərdə bərpa olunacağını gözləyir.
Slovakiya mediasının məlumatına görə, fevralın əvvəlindən bəri Slovakiya Ukraynanın şərqindəki zədələnmə səbəbindən boru kəmərinin cənub qolu vasitəsilə neft əldə edə bilmir.