NATO Baltik dənizinin Almaniyanın Şlezviq-Holştayn əyalətindəki sahilində hərbi təlimlərə başlayıb.
Operativ Media xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
“Steadfast Dart 26” amfibiya desant əməliyyatı çərçivəsində Alyansın Müttəfiq Reaksiya Qüvvələrinin bir hissəsi Fehmarn adası yaxınlığında sahilə çıxarılıb.
Məlumata görə, amfibiya desant əməliyyatına 15 gəmi və 2600 hərbçi cəlb olunub.