İrəvanda atışma olub
Operativ Media
İrəvanda baş verən atışmada 7 nəfər yaralanıb. Onlardan 3-nün vəziyyəti ağırdır.
Operativ Media xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.
"Bu gün Ajapnyak rayonunda baş verən hadisə nəticəsində yaralanan 7 nəfər xəstəxanaya aparılıb. Onlardan 3-nün vəziyyəti son dərəcə ağır hesab olunur", - deyə açıqlamada bildirilir.
Hadisə yerində avtomat və tapançadan atəş səslərinin eşidildiyi bildirilib.
Daxili İşlər Nazirliyi bildirib ki, polis hadisənin bütün hallarını aydınlaşdırmaq üçün təcili əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net