Menyu

bp Xəzərdə dəniz əməliyyatları və texniki xidmət üzrə müqaviləsini yeniləyib

Operativ Media
bp Xəzərdə dəniz əməliyyatları və texniki xidmət üzrə müqaviləsini yeniləyib

bp Azəri-Çıraq-Günəşli (AÇG) neft yatağının və Şahdəniz qaz yatağının operatoru kimi bu gün platformalardakı qazma qurğularının əməliyyatları və texniki xidmət işləri üzrə SOCAR AQŞ və ABŞ-nin Helmerich & Payne (H&P) şirkətinin birgə müəssisəsi olan “Turan Drilling & Engineering Company” MMC ilə müqavilənin yeniləndiyini elan edib.

Operativ Media-ya bu barədə bp-dən məlumat verilib.

Yenilənmiş müqavilə Xəzər dənizində bp-nin idarə etdiyi səkkiz neft və qaz hasilatı platforması - Mərkəzi Azəri, Şərqi Azəri, Qərbi Azəri, Dərinsulu Günəşli, Qərbi Çıraq, Çıraq, ACE və Şahdəniz Alfa platformalarının istismar əməliyyatları və texniki xidmət işlərini əhatə edir. Müqavilənin iş həcminə personal dəstəyi, texniki xidmət işlərinin icrası, ehtiyat hissələrin idarə olunması, anbar təsərrüfatının təşkili, eləcə də qurğuların bütövlüyü və konstruksiyaların texniki xidməti üzrə yeni yaradılmış mühəndislik qrupunun idarə edilməsi daxildir.

2026-cı ilin mart ayından qüvvəyə minəcək bu müqavilənin ilkin müddəti beş ildir, sonra isə üç dəfə birillik müddətə uzadılma imkanı da var. Müqavilənin ümumi dəyəri hər üç uzadılma müddətinin həyata keçəcəyi halda 1 milyard ABŞ dollarından çox ola bilər.

 

Əlaqəli Xəbərlər