Menyu

Gürcüstanda 3 milyon dollara nüvə materialları almağa cəhd edən əcnəbilər saxlanılıb

Operativ Media
Gürcüstanda 3 milyon dollara nüvə materialları almağa cəhd edən əcnəbilər saxlanılıb

Kutaisidə iki əcnəbi 3 milyon dollara uran, nüvə maddəsi və radioaktiv maddə olan sezium-137 almağa cəhd edərkən saxlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin birinci müavini Laşa Mağradze bildirib.

Onun sözlərinə görə, istintaq nəticəsində müəyyən edilib ki, saxlanılan əcnəbilər son həftələrdə mütəmadi olaraq Gürcüstana səfər ediblər və nüvə və radioaktiv materialların alışını və başqa ölkəyə daşınmasını təşkil etməyə cəhd göstəriblər.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin “Nüvə materialları və ya qurğuları, radioaktiv tullantılar, radioaktiv maddələrlə qanunsuz davranma” maddəsi ilə cinayət işi açılıb.

Son gün yarım ərzində ölkənin müxtəlif bölgələrində keçirilən xüsusi əməliyyat çərçivəsində ümumilikdə 13 cinayət işi üzrə 29 nəfər saxlanılıb.

Əlaqəli Xəbərlər