Pakistanın Baş nazir Şahbaz Şərif ABŞ-də rəsmi səfərdədir.
Operativ Media xəbər verir ki, bu barədə "Daily Pakistan" məlumat yayıb.
Səfər ABŞ Prezidenti Donald Trampın dəvəti ilə həyata keçirilir. Şərif 19 fevral Vaşinqtonda keçiriləcək Qəzza üzrə Sülh Şurasının birinci iclasında iştirak edəcək.
Pakistan nümayəndə heyətinin tərkibinə baş nazirin müavini və xarici işlər naziri İshaq Dar, maliyyə naziri Məhəmməd Auranqzeb, informasiya naziri Attaullah Tarar və baş nazirin xüsusi köməkçisi Tariq Fatemi daxildir.