Kral III Çarlzın qardaşı Endryu Britaniyada həbs edilib
Britaniya polisi Kral III Çarlzın kiçik qardaşı, 65 yaşlı Endryu Mauntbatten-Vindsoru həbs edib.
Operativ Media xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Telekanalın məlumatına görə, keçmiş şahzadə Endryu vəzifə səlahiyyətlərini pozmaqda ittiham olunaraq saxlanılıb.
BBC yerli polisdən sitat gətirib: "İstintaq çərçivəsində bu gün, 19 fevralda, Norfolkdan olan 65 yaşlı bir kişini vəzifə səlahiyyətlərini pozmaqda şübhəli bilinərək həbs etdik və Berkşir və Norfolkda axtarışlar apardıq. Kişi polis nəzarətinə götürülüb və hazırda həbsdədir".
Endryu nədə ittiham olunduğu hələlik məlum deyil. Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi tərəfindən yanvar ayında açıqlanan sənədlərdə Endryusun Ceffri Epşteynlə müntəzəm yazışmaları olduğu göstərilir. Onlar potensial biznes sövdələşmələrini, sosial toplantıları və maliyyəçinin şahzadəni tanış etmək təklif etdiyi qadınlar barədə müzakirələr aparıblar.
Britaniya kralının qardaşı amerikalı maliyyəçinin cinayətləri ilə hər hansı əlaqəsini inkar edərək, 2008-ci ildə məhkum edildikdən sonra onunla əlaqəni kəsdiyini bildirib. O, 2010-cu ildə Nyu-Yorkda görüşdüklərini, lakin münasibətlərinə son qoyduqlarını bildirib.