Ana səhifə / Dünya / Donald Tusk İrandakı Polşa vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb Donald Tusk İrandakı Polşa vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb 19.02.2026, 14:35 Şəfa Hüseynli İranda olan Polşa vətəndaşları dərhal ölkəni tərk etməlidirlər.Operativ Media xəbər verir ki, bu sözləri Polşanın Baş naziri Donald Tusk bildirib.O bildirib ki, silahlı münaqişə baş verərsə, yaxın bir neçə saat ərzində təxliyə ehtimalı olmaya bilər. Tusk bildirib ki, "Xahiş edirik, İranı dərhal tərk edin və heç bir halda bu ölkəyə girməyin". Qeyd edək ki, dünən İran Mülki Aviasiya İdarəsi ölkənin hava məkanını 10 saatlıq bağlamışdı.