Menyu

KİV: Tramp 21 fevralda İrana zərbələri təsdiqləyə bilər

Şəfa Hüseynli
KİV: Tramp 21 fevralda İrana zərbələri təsdiqləyə bilər

Ağ Ev İrana qarşı mümkün hərbi əməliyyatın vaxtını müzakirə edir, lakin hələlik yekun qərar verilməyib.

Operativ Media xəbər verir ki, bu barədə  "CBS News" mənbələrə istinadən məlumat yayıb.

ABŞ prezidenti Donald Trampa yüksək vəzifəli milli təhlükəsizlik rəsmiləri ABŞ ordusunun şənbə günü İrana zərbə endirməyə hazır olduğu barədə məlumat verib.

Kanalın mənbələrinə görə, Ağ Evdəki müzakirələr dinamik davam edir. Tramp hələlik hücuma icazə vermək barədə yekun qərar verməyib.

Əlaqəli Xəbərlər