Menyu

DOST mərkəzlərində xidmətlərin göstərilməsinin orta müddəti 7 dəqiqə 29 saniyəyə enib

Operativ Media
DOST mərkəzlərində xidmətlərin göstərilməsinin orta müddəti 7 dəqiqə 29 saniyəyə enib

DOST mərkəzlərində vətəndaş məmnunluğuna nail olunmasında mühüm amillərdən biri də xidmətlərin çevikliyinin təmin edilməsidir.

Operativ Media xəbər verir ki, bu barədə ƏƏSMN məlumat yayıb.

İlk DOST mərkəzinin fəaliyyətə başladığı 2019-cu ilə nisbətən DOST mərkəzlərində

vətəndaşlara xidmətlərin göstərilməsinin orta müddəti 9 dəqiqə 39 saniyədən 23 faiz azalaraq 7 dəqiqə 25 saniyəyə,

vətəndaşların növbədə orta gözləmə müddəti 4 dəqiqə 14 saniyədən 2 dəfə azalaraq 2 dəqiqə 3 saniyəyə enib.

Qeyd edək ki, indiyədək Bakı və bölgələrimizdə 7 DOST Mərkəzi, 2 DOST filialı, 2 DOST xidmət məntəqəsi və “Smart DOST” xidmət məntəqəsi istifadəyə verilib.

Ötən dövrdə 4,2 milyondan çox vətəndaş DOST xidmətlərindən faydalanıb. Bu xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98,8 faizdir.

Əlaqəli Xəbərlər