Menyu

Çin-Qırğızıstan-Özbəkistan-Tacikistan marşrutu ilə ilk yük qatarı yola düşüb

Şəfa Hüseynli
Çin-Qırğızıstan-Özbəkistan-Tacikistan marşrutu ilə ilk yük qatarı yola düşüb

Özbəkistan-Çin birgə şirkəti olan "UTK International Logistics Co. Ltd" Çindən Tacikistana ilk blok qatarını göndərib.

Operativ Media bu barədə "Öztemir yol konteyner" şirkətinin mətbuat xidməti məlumat verib.

Məlumata görə, qatar 8 ədəd 40 futluq (12 metrlik) konteynerdən ibarətdir. Onlar istehlak malları və tikinti texnikası ilə yüklənib. Qatar Çinin Lançjou şəhərindən yola düşərək multimodal nəqliyyat dəhlizi boyunca Qırğızıstan və Özbəkistan ərazisindən keçərək Düşənbə-2 stansiyasına çatır.

Marşrutun ümumi uzunluğu 3,5 min kilometrdən çoxdur. Qatarın bu məsafəni 18-20 günə qət etməsi gözlənilir. Yeni nəqliyyat dəhlizi Özbəkistan, Qırğızıstan və Tacikistan arasında regional əməkdaşlığın dərinləşdirilməsinə dair sazişlər çərçivəsində pilot rejimdə istifadəyə verilib. Bu istiqamətdə Özbəkistan Dəmir Yolları şirkətinin dəstəyi ilə tarif güzəştləri təmin edilib.

Əlaqəli Xəbərlər