Menyu

Toyota Kanadadakı zavodunda humanoid robotlar yerləşdirir

Şəfa Hüseynli
Toyota Kanadadakı zavodunda humanoid robotlar yerləşdirir

Yaponiyanın avtomobil istehsalçısı Toyota, Kanadadakı zavodunda monoton fiziki işləri yerinə yetirmək üçün Amerikanın "Agility Robotics" şirkətinin yeddi humanoid robotundan istifadə etməyə başlayıb.

Operativ Media xəbər verir ki, bu barədə Semafor portalı mənbələrə istinadən məlumat verib.

Onların məlumatına görə, Yaponiya şirkəti saatda 30 dollar qazanan insan işçisini əvəz edə bilən robotları icarəyə götürüb. Yeni maşınlar avtomobil yığımı üçün istifadə edilən adi robot qollarından daha mobildır. Humanoidlərdən zavod daxilində avtomobil hissələri konteynerlərini daşımaq üçün istifadə olunur.

Portalın mənbələri qeyd edir ki, istehsalçılar tez-tez bu cür monoton fiziki tapşırıqlar üçün insan tapmaqda çətinlik çəkirlər.

Robotlar Kanadadakı Toyota zavodunda bir illik uğurlu sınaqlardan sonra yerləşdirilib.

Əlaqəli Xəbərlər