Menyu

Dağıstanda baş verən yol qəzasında beş nəfər ölüb

Şəfa Hüseynli
Dağıstanda baş verən yol qəzasında beş nəfər ölüb

Dağıstanın Maqaramkent rayonunda iki avtomobilin toqquşması nəticəsində beş nəfər həlak olub. 

Operativ Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

"Maqaramkent-Axtı-Rutul avtomobil yolunun 2-ci kilometrliyində Rutul rayonunun 46 yaşlı sakini "Lada Priora" markalı avtomobili idarə edərkən qarşıdan gələn nəqliyyat vasitələrinə çıxıb və Maqaramkent rayonunun 35 yaşlı sakininin idarə etdiyi "Lada Granta" markalı avtomobillə toqquşub. Qəza nəticəsində hər iki sürücü, "Lada Priora"dakı iki sərnişin və "Lada Granta"dakı bir sərnişin hadisə yerində ölüb", - deyə məlumatda bildirilir.


Əlaqəli Xəbərlər