Menyu

CAR-da kimya zavodunda partlayışlar baş verib

Operativ Media
CAR-da kimya zavodunda partlayışlar baş verib

Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhərində kimya müəssisəsində genişmiqyaslı yanğına səbəb olan bir neçə partlayış baş verib.

Operativ Media xəbər verir ki, bu barədə yerli SABC radiostansiyası məlumat yayıb.

Bildirilib ki, zavod Yohannesburqun mərkəzindən 17 km məsafədə Cermiston şəhərində yerləşir, ərazidə çoxsaylı yanğınsöndürən briqadalar fəaliyyət göstərir.

Zavoddan 500 m radiusda sakinlərin və müxtəlif müəssisələrin əməkdaşlarının təxliyəsi aparılır.

Mümkün xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Əlaqəli Xəbərlər