Menyu

ABŞ qanunsuz immiqrantlarla mübarizə səbəbindən Özbəkistan vətəndaşlarına məhdudiyyətlər tətbiq edib

Operativ Media
ABŞ qanunsuz immiqrantlarla mübarizə səbəbindən Özbəkistan vətəndaşlarına məhdudiyyətlər tətbiq edib

Amerika hakimiyyəti ABŞ-yə qanunsuz immiqrasiyanı asanlaşdırdığı iddia edilən Özbəkistan vətəndaşlarına qarşı viza məhdudiyyətləri tətbiq edib.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Bəyanatda bildirilib ki, “viza prosesində vasitəçilik edən, Özbəkistanda fəaliyyət göstərən iki şirkətin rəhbərlərinə və yüksək vəzifəli nümayəndələrinə” qarşı viza məhdudiyyətləri tətbiq olunub. ABŞ hakimiyyət orqanlarının məlumatına görə, həmin şəxslər qəsdən, əsasən ABŞ-yə qanunsuz miqrasiya etməyi planlaşdıran əcnəbilər üçün turizm xidmətləri təşkil ediblər.

Sənəddə adı çəkilən şirkətlərin adları, eləcə də məhdudiyyət tətbiq edilən Özbəkistan vətəndaşlarının kimliyi açıqlanmayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər