Türkiyə Qəzzaya 20 min konteyner ev göndərmək niyyətindədir
Xəbərlər redaksiyası
Türkiyə Qəzza sektoruna azı 20 min konteyner tipli yaşayış evi göndərməyi planlaşdırır.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib.
Nazir bildirib ki, ölkə Qəzzaya humanitar yardımın göstərilməsi istiqamətində səylərini davam etdirəcək. Onun sözlərinə görə, Rəfah keçid məntəqəsinin fəaliyyətinin bərpasından sonra (fevralın 2-dən) Türkiyə 2023-cü ilin fevralında baş verən dağıdıcı zəlzələlərdən sonra müvəqqəti məskunlaşma üçün istifadə olunan konteynerləri Qəzzaya göndərməyi planlaşdırır.
Hakan Fidan qeyd edib ki, ilk mərhələdə bölgəyə 20 min konteyner göndərilməsi nəzərdə tutulur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net