Menyu

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Ermənistana səfərə yola düşüb

Şəfa Hüseynli
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri  Ermənistana səfərə yola düşüb

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Ermənistan Respublikasına yola düşüb.

Operativ Media xəbər verir ki, bu barədə İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində Mariam Kvrivişvili Ermənistan Respublikası Baş nazirinin müavini Tiqran Xaçatryan, eləcə də iqtisadiyyat naziri Gevorq Papoyan və Ermənistan Respublikasının Ərazi İdarəetmə və İnfrastruktur naziri Davit Xudatyanla görüşlər keçirəcək. 

Tərəflər Gürcüstan və Ermənistan arasında ticarət-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi məsələlərini müzakirə edəcəklər.


Əlaqəli Xəbərlər