ABŞ və Özbəkistan nadir minerallarla bağlı müqavilə imzalayıblar
Şəfa Hüseynli
ABŞ hökuməti Özbəkistanla Amerika şirkətlərinin ölkədəki nadir torpaq minerallarına çıxışını asanlaşdıracaq müqavilə imzalayıb.
Operativ Media xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Agentliyin məlumatına görə, ABŞ prezidenti Donald Tramp Çinlə vacib resurslar və onların təchizat zəncirləri baxımından rəqabət aparmaq istəyir.
"Birgə İnvestisiya Proqramı" adlanan sənəd iki ölkəyə strateji tərəfdaşlıq qurmağa imkan verir. Sazişə əsasən, nadir torpaq minerallarının kəşfiyyatı, hasilatı və emalına qoyulan investisiyalara üstünlük veriləcək.
Nadir minerallar sahəsində layihələr həyata keçirəcək birgə Amerika-Özbəkistan investisiya holdinq şirkəti də yaradılacaq.