Menyu

Türkiyədə futbolda qanunsuz mərc və oyun alveri ilə bağlı növbəti əməliyyat keçirilib

Şəfa Hüseynli
Türkiyədə futbolda qanunsuz mərc və oyun alveri ilə bağlı növbəti əməliyyat keçirilib

Türkiyədə futbolda qanunsuz mərc və oyun alveri istintaqı çərçivəsində növbəti əməliyyat keçirilib.

Operativ Media  xəbər verir ki, bu barədə İstanbul Respublika Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, aparılan istintaq çərçivəsində keçirilən yeni əməliyyat zamanı 32 şübhəli saxlanılıb.

Peşəkar futbol liqalarında mübarizə aparan futbol klublarının rəhbərləri barəsində aparılan araşdırma nəticəsində bu şəxslərdən bəzilərinin mövcud mərc hesabları, xüsusilə rəhbəri olduğu komanda ilə başqa bir komanda arasında keçirilən futbol oyunu zamanı rəqib komandaya mərc etdiyi müəyyən olunub.

Əlaqəli Xəbərlər