Menyu

Sergey Verşinin Rusiyanın Türkiyədəki yeni səfiri təyin edilib

Şəfa Hüseynli
Sergey Verşinin Rusiyanın Türkiyədəki yeni səfiri təyin edilib
1 dəq oxu

Rusiya Prezidenti Vladimir Putin Sergey Verşinin xarici işlər nazirinin müavini vəzifəsindən azad edərək onu Türkiyəyə səfir təyin edib .

Operativ Media xəbər verir ki, bu barədə rəsmi hüquqi informasiya portalında dərc olunmuş prezident fərmanlarında bildirilib.

Sənəddə deyilir: "Sergey Vasilyeviç Verşinin başqa vəzifəyə keçməsi ilə əlaqədar Rusiya Federasiyası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilsin".

Başqa bir fərmanla Verşinin Rusiyanın Türkiyədəki səfiri təyin edilir. Sənəddə deyilir: "Sergey Vasilyeviç Verşinin Rusiya Federasiyasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilsin".

Əlaqəli Xəbərlər