Türkiyə sosial mediaya giriş qaydalarını sərtləşdirir
Türkiyə sosial mediaya giriş üçün məcburi şəxsiyyət təsdiqləməsini tətbiq etməyi planlaşdırır.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Ədliyyə Nazirliyi məlumat yayıb.
Türkiyənin ədliyyə naziri Akın Gürlek istifadəçilərdən sosial mediaya daxil olmaq üçün şəxsiyyətlərini və mobil telefon nömrələrini təsdiqləmələrini tələb edən qanunun hazırlandığını açıqlayıb.
Hakimiyyət orqanları həmçinin 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan etmək niyyətindədir.
Məlumata görə, sosial şəbəkələri tənzimləyən yeni qanun layihəsinin hazırlanmasına başladığı və sənədin bu ilin sonlarında qəbul edilməsi planlaşdırıldığı bildirilir.
Türkiyə Ədliyyə Nazirliyinin təşəbbüsünə əsasən, sosial media hesablarına qeydiyyatdan keçmək və daxil olmaq üçün şəxsiyyət vəsiqəsinin təsdiqlənməsi və mobil telefon nömrəsinin təsdiqlənməsi tələb olunacaq.
Gürlek qeyd etdi ki, bu tədbir valideynlər tərəfindən geniş dəstəklənir.