Rusiya və İran XİN rəhbərləri telefon danışığı aparıb
Operativ Media
Fevralın 20-də Rusiya xarici işlər naziri Sergey Lavrov və İran xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
Operativ Media xəbər verir ki, bu barədə rus KİV-ləri məlumat yayıb.
Tərəflər Cenevrədə keçirilən ABŞ-İran danışıqlarının nəticələri də daxil olmaqla, İranın nüvə proqramı ilə bağlı mövcud vəziyyət barədə fikir mübadiləsi aparıblar.
Rusiya Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin prinsiplərinə uyğun olaraq, İranın qanuni hüquqlarına hörmət edən ədalətli siyasi və diplomatik həllər tapmağa yönəlmiş danışıqlar prosesinə dəstəyini bir daha təsdiqləyib.
Qarşılıqlı maraq doğuran bəzi ikitərəfli məsələlər də müzakirə olunub.