Menyu

Ötən ay şəkər və qənnadı məmulatları üzrə ixrac gəlirləri 3 dəfəyə yaxın artıb

Operativ Media
Ötən ay şəkər və qənnadı məmulatları üzrə ixrac gəlirləri 3 dəfəyə yaxın artıb

Cari ilin yanvar ayında Azərbaycan 16 milyon 180,8 min dollar dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib. Bu göstərici 2025-ci ilin eyni ayı ilə müqayisədə 6,06 faiz azdır.

Dövlət Gömrük Komitəsindən Operativ Media-ya bildirilib ki, hesabat dövründə, həmçinin ölkədən 3 milyon 914,6 min dollar dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edilib. Bu isə illik müqayisədə 2,72 dəfə artım deməkdir.

Yanvarda şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları üzrə ixrac Azərbaycanın ümumi ixracının 0,18 faizini, idxalı isə ümumi idxalın 1,24 faizini təşkil edib.

Əlaqəli Xəbərlər