Aşqabad və Avropa İttifaqı (Aİ) Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Brüsselə səfərinə hazırlıq görürlər.
Operativ Media xəbər verir ki, bu barədə Türkmənistan KİV-ləri məlumat yayıb.
Bildirilib ki, artıq tərəflər arasında səfərin keçirilməsi qərarı verilib, mümkün tarixlər razılaşdırılır.
Səfər zamanı Türkmənistan lideri Avropa Komissiyası, Avropa Şurası və Avropa Parlamentinin rəhbərləri, eləcə də Aİ komissarları ilə görüşəcək. Gündəliyə siyasi dialoq, enerji təhlükəsizliyi, təhsil və gənclər proqramlarında əməkdaşlıq məsələləri daxil olacaq.