Menyu

Tramp idxal olunan bütün mallara rüsum tətbiq etmək niyyətindədir

Operativ Media
Tramp idxal olunan bütün mallara rüsum tətbiq etmək niyyətindədir

ABŞ prezidenti Donald Tramp ölkəyə idxal olunan bütün mallara 10% həcmində rüsum tətbiq etməyi planlaşdırdığını açıqlayıb.

Operativ Media xəbər verir ki, Tramp bu barədə Ağ Evdə keçirilən mətbuat konfransında danışıb.

Konfrans ABŞ Ali Məhkəməsinin idxal rüsumları mexanizmi ilə bağlı qərarından sonra çağırılıb.

O, həmçinin “milli təhlükəsizlik”lə bağlı tariflərin qüvvədə qalacağını bildirib.

“Bu andan etibarən milli təhlükəsizliklə bağlı bütün rüsumlar tam şəkildə qüvvədə qalır. Bu gün eyni zamanda artıq tətbiq olunan adi rüsumlara əlavə olaraq 10% qlobal rüsum müəyyən edən sərəncam imzalayacağam”, – deyə Donald Tramp qeyd edib.

Əlaqəli Xəbərlər