Türkiyə və Azərbaycan Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsini müzakirə edib
Nərmin Qocamanlı
"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə iştirakı çərçivəsində Türkiyənin ticarət naziri Mehmet Muş ilə görüşdük".
"Operativ Media" xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov tviterdə bildirib.
"Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın gündəliyində olan məsələlər və Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi barədə müzakirə apardıq", - nazir qeyd edib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma