Menyu

Donald Tramp qlobal tarifləri 15%-ə qaldırıb

Şəfa Hüseynli
Donald Tramp qlobal tarifləri 15%-ə qaldırıb

ABŞ Prezidenti Tramp digər ölkələrdən ABŞ-yə idxal edilən məhsullara tətbiq olunan qlobal tarif dərəcəsinin 10%-dən 15%-ə qaldırılacağını açıqlayıb.

Operativ Media xəbər verir ki, bu barədə o "Truth Social" hesabında yazıb.

Tramp qeyd edib ki, bir çox ölkələr onilliklər ərzində ABŞ-dan birtərəfli şəkildə faydalanıb və yeni qərar qanunvericilik çərçivəsində icazə verilən və hüquqi baxımdan sınaqdan çıxmış maksimum həddə uyğundur.

ABŞ prezidenti əlavə edib ki, yaxın aylarda administrasiya yeni və qanuni tarifləri müəyyənləşdirəcək və tətbiq edəcək.

Əlaqəli Xəbərlər