Macarıstan Ukraynanı elektrik enerjisi təchizatını dayandırmaqla hədələyir
Xəbərlər redaksiyası
Macarıstanın Baş naziri Viktor Orban Ukraynaya elektrik enerjisi təchizatı ilə bağlı ultimatum verib.
Operativ Media xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.
Macarıstan Kiyevin "Drujba" boru kəməri ilə neft tranzitini dayandırmasına cavab olaraq Ukraynaya elektrik enerjisi təchizatını dayandırmağı düşündüyü bildirib.
Viktor Orban vəziyyəti qiymətləndirərək qeyd edib ki, Ukraynanın elektrik enerjisi təchizatının əhəmiyyətli bir hissəsi Macarıstanın payına düşür. Onun sözlərinə görə, Budapeşt bu təchizatı kəsərsə, bu, Ukrayna üçün çox xoşagəlməz nəticələrə səbəb ola bilər.
Orban Slovakiyanın da Ukraynaya qarşı üçüncü tədbir görməyi planlaşdırdığını və lazım gələrsə Macarıstanın da buna qoşulacağını bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net