Menyu

Qərb koalisiya qüvvələri Suriyanın Haseke əyalətindəki hərbi bazanı tərk edir

Şəfa Hüseynli
Qərb koalisiya qüvvələri Suriyanın Haseke əyalətindəki hərbi bazanı tərk edir

ABŞ-nin rəhbərlik etdiyi koalisiya Suriyanın şimal-şərqindəki Kasrak hərbi bazasından qüvvələrini çıxarmağa başlayıb.

Operativ Media xəbər verir ki, bu barədə "Suriya TV" məlumat yayıb.

Kanalın məlumatına görə, şəxsi heyət və hərbi texnika daşıyan karvanlar qonşu İraqa gedir.

Kasraq aviabazası əsasən kürdlərin yaşadığı eyniadlı əyalətin paytaxtı Haseke şəhəri yaxınlığında yerləşir. Bu, Qərb koalisiyasının Suriya ərazisindəki ən böyük hərbi obyekti hesab olunurdu. Bundan əvvəl ABŞ və müttəfiq qoşunları əyalətin cənubundakı Xərrab əl-Cir aviabazasını və Əş-Şəddadidəki təlim düşərgəsini tərk etmişdilər.

Əlaqəli Xəbərlər