Almaniya kansleri Fridrix Merts gömrük rüsumları ilə bağlı dəyişmiş vəziyyəti ABŞ Prezidenti Donald Trampla müzakirə etmək üçün Vaşinqtona səfər edəcək.
Operativ Media xəbər verir ki, bu barədə Merz "ARD" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, ABŞ Ali Məhkəməsi Vaşinqton administrasiyasına gömrük siyasəti məsələsində səlahiyyətlərinin sərhədlərini göstərib.