Mikayıl Cabbarov Marton Nad ilə görüşüb
Nərmin Qocamanlı
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Mikayıl Cabbarov tviterdə bildirib.
"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə iştirakı çərçivəsində Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad ilə görüşdük və ölkələrimizin ikitərəfli iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi və yaxın zamanda birgə biznes forumun keçirilməsi barədə fikir mübadiləsi apardıq", - nazir qeyd edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net