Vyetnamın paytaxtı Hanoyda dünyanın ən böyük futbol stadionu inşa edilir.
Operativ Media Vyetnam mediasına istinadla xəbər verir ki, “Tronq Donq” (“Bürünc baraban”) stadionunun tamaşaçı tutumu 135 min nəfər üçün nəzərdə tutulub. Bu, Şimali Koreyanın paytaxtı Pxenyandakı “1 May” stadionunun tutumundan 5 min oturacaq çoxdur.
Stadionun inşasının 2028-ci ildə tamamlanması gözlənilir. Açılıb-bağlanan dam örtüyünə malik “Bürünc baraban”da idman yarışları ilə yanaşı, bir sıra ictimai və mədəni tədbirlər də keçiriləcək.