Menyu

Belarus və Türkiyə arasında beynəlxalq avtomobil nəqliyyatı üzrə komissiyanın iclası keçirilib

Şəfa Hüseynli
Belarus və Türkiyə arasında beynəlxalq avtomobil nəqliyyatı üzrə komissiyanın iclası keçirilib

İstanbulda Belarus-Türkiyə Beynəlxalq Avtomobil Nəqliyyatı üzrə Birgə Komissiyasının növbəti iclası keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə "Belta" məlumat yayıb.

Görüşün gündəliyinə iki ölkə arasında yük daşımalarının inkişafında ikitərəfli əməkdaşlıq, müvafiq statistik məlumatların mübadiləsi və yük axınlarının yaxşılaşdırılması üçün elektron icazə sisteminin işə salınması imkanları daxil idi.

Birgə işin yekununda iki ölkənin nəqliyyat nazirlikləri 2026-cı il üçün beynəlxalq avtomobil yük daşımaları üçün icazələr üçün kvota barədə razılığa gəliblər. 

Əlaqəli Xəbərlər