Menyu

Rusiya Ukraynanın Kiyev və Lvov şəhərlərinə hücum edib

Operativ Media
Rusiya Ukraynanın Kiyev və Lvov şəhərlərinə hücum edib

Gecə saatlarında Rusiya ordusunun Lvov və Kiyevə hücumları nəticəsində iki nəfər həlak olub, 25 nəfər yaralanıb.

Operativ Media Ukrayna mediasına istinadən xəbər verir ki, Lvovdakı partlayışlar nəticəsində yaralı sayı 24 nəfərə çatıb, bir qadın həlak olub.

"Partlayışlar nəticəsində 23 yaşlı qadın polis əməkdaşı həlak olub, patrul polisinin xidməti avtomobili və mülki nəqliyyat vasitəsi zədələnib. Xəsarət alanlara zəruri tibbi yardım göstərilir", - Milli Polisin rəsmi saytındakı məlumatda qeyd olunub.

Kiyev vilayət hərbi administrasiyasının rəhbəri Nikolay Kalaşnikin məlumatına görə, gecə saatlarında vilayətə hücumlar nəticəsində bir nəfər həlak olub, daha bir nəfər xəsarət alıb: "Borispol rayonuna hücum nəticəsində fərdi yaşayış evi ziyan görüb".

Həmçinin, Fastov rayonunda beş fərdi yaşayış evi zədələnib, dağıntılar altından 8 nəfər xilas edilib. Xilas edilənlərdən biri sonradan dünyasını dəyişib.

Əlaqəli Xəbərlər