İran və ABŞ arasında nüvə danışıqlarının yenidən bərpası martda gözlənilir
Operativ Media
İran və ABŞ Tehrana qarşı tətbiq edilən sanksiyaların nüvə proqramına məhdudiyyətlər müqabilində aradan qaldırılmasının miqyası və mexanizmlərini fərqli qiymətləndirirlər.
Operativ Media xəbər verir ki, bunu yüksəkvəzifəli İran rəsmisi "Reuters" agentliyinə müsahibəsində bildirib.
O həmçinin əlavə edib ki, danışıqların yenidən bərpası mart ayının əvvəlinə planlaşdırılıb və bu mərhələdə aralıq sazişi imzalana bilər.