Menyu

Bild: Hərbi zərbənin endirilməsi ilə bağlı qərar artıq qəbul edilib

Operativ Media
Bild: Hərbi zərbənin endirilməsi ilə bağlı qərar artıq qəbul edilib

ABŞ 23 və ya 24 fevral tarixlərində İrana hücum edə bilər.

Operativ Media İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.

O, Ağ Evdəki mənbəyə istinadən deyib ki, hərbi zərbənin endirilməsi ilə bağlı qərar artıq qəbul edilib.

Mümkün əməliyyatın detalları açıqlanmır.

Daha əvvəl "Reuters" agentliyi yazmışdı ki, Vaşinqton Tehrana təzyiq göstərmək üçün müxtəlif ssenariləri, o cümlədən ayrı-ayrı İran rəsmilərinə qarşı nöqtəvi zərbələri nəzərdən keçirir.

Amerika mətbuatı isə eskalasiya risklərinin ciddi olduğuna diqqət çəkir. "The New York Times" qeyd edirdi ki, İrana qarşı hərbi əməliyyat ABŞ üçün əhəmiyyətli hərbi və siyasi nəticələrə səbəb ola bilər. Nəşrin məlumatına görə, Tehran Yaxın Şərqdə ən böyük raket arsenalına malik ölkələrdən biridir. Bu arsenalda dronlar, gəmi əleyhinə komplekslər və regiondakı Amerika bazalarını vura bilən orta mənzilli ballistik raketlər mövcuddur.

Əlaqəli Xəbərlər