Xameneyi ABŞ-nin İran rəhbərləyini devirmək cəhdi halında tədbirlər görüb
Operativ Media
İranın Ali Lideri Ayətullah Əli Xamenei ABŞ-nin İran rəhbərliyini devirməyə cəhd edəcəyi təqdirdə təlimatlar verib.
Operativ Media-nın məlumatına görə, bu barədə "The New York Times" qəzeti Tehrandakı adları çəkilməyən rəsmilərə və digər mənbələrə istinadən xəbər verib.
Nəşrin mənbələrinə görə, Xamenei birbaşa təyin etdiyi hərbi komandirlərin və siyasi liderlərin hər biri üçün dörd potensial varis müəyyən edib.
Bundan əlavə, ayətullah təyin etmədiyi vəzifəli şəxslərə varislər üçün dörd variant hazırlamağı tapşırıb.