Menyu

Pezeşkian: Bütün ssenarilər üçün lazımi tədbirlər görülüb

Operativ Media
Pezeşkian: Bütün ssenarilər üçün lazımi tədbirlər görülüb

İran və ABŞ Cenevrədə dolayısı ilə aparılan görüşlər zamanı İranın nüvə proqramı ətrafında fikir ayrılıqlarının həlli üçün praktik təkliflər mübadiləsi aparıblar və bu danışıqlardan ümidverici siqnallar əldə olunub.

Operativ Media xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian “X" sosial şəbəkəsində yazıb.

Peşeskian qeyd edib ki, İran regionda sülh və sabitliyə sadiqdir.

“Son danışıqlar praktik təkliflərin mübadiləsini əhatə edib və ümidverici siqnallar verib”, - o, qeyd edib.

Eyni zamanda, prezident vurğulayıb ki, İran hakimiyyəti ABŞ-nin fəaliyyətini diqqətlə izləyir və mümkün bütün ssenarilər üçün lazımi tədbirləri görüb.

Əlaqəli Xəbərlər