İraq neft ixracına qarşı sanksiyalarla bağlı ABŞ-dən bildiriş aldığını təkzib edib
İraq hakimiyyəti neft və neft məhsulları ixrac edən şirkətlərə qarşı mümkün ABŞ sanksiyaları ilə bağlı heç bir rəsmi bildiriş almayıb.
Operativ Media xəbər verir ki, bunu İraq Dövlət Neft Marketinq Şirkətinin (SOMO) direktoru Əli Nizar əl-Şatri bildirib.
O, qeyd edib: "ABŞ tərəfindən mümkün sanksiyaların tətbiqi ilə bağlı heç bir məlumat və ya rəsmi bildiriş almamışıq". O əlavə edib ki, SOMO "rəsmi sənədlərə əsaslanır və təsdiqlənməmiş mənbələrdən və ya naməlum şəxslərdən gələn bəyanatlara istinad etmir".
Dövlət şirkətinin rəhbəri vurğulayıb ki, "ABŞ Maliyyə Nazirliyi də daxil olmaqla, bütün razılaşma və müzakirələr SOMO tərəfindən qəbul edilmiş mexanizmlərin və sənədlərin etibarlılığını nümayiş etdirir".
Əl-Şatri izah edib ki, rəhbərlik etdiyi qurum "İraqın ərazi sularına daxil olan bütün tankerlər üzrə dəqiq monitorinq metodlarından istifadə edir və ölkənin təhlükəsizlik qüvvələri ilə koordinasiyalı şəkildə həmin gəmilərin xüsusiyyətləri və təyinat məntəqələri barədə gündəlik hesabatlar hazırlayır".