Menyu

Misir xarici vətəndaşlar üçün viza rüsumlarını artıracaq

Şəfa Hüseynli
Misir xarici vətəndaşlar üçün viza rüsumlarını artıracaq

1 martdan etibarən  xarici turistlər Misir hava limanlarına və sərhəd keçid məntəqələrinə çatdıqda viza üçün daha yüksək rüsum ödəməli olacaqlar.

Operativ Media xəbər verir ki, bu barədə "Cairo24" məlumat yayıb.

Bildirilib ki, Misir turist vizaları üçün viza rüsumunu 25 dollardan 30 dollara qaldıracaq. Yeni rüsum bütün sərhəd keçidlərində tətbiq olunacaq.

Tur operatorlarına və onların hüquqi nümayəndələrinə göndərilən rəsmi məktubda qeyd olunub ki, artım ölkəyə giriş prosedurlarının sadələşdirilməsi ilə bağlıdır.

Əlaqəli Xəbərlər