ABŞ Qəzzada 5000 nəfərlik hərbi baza tikəcək
Şəfa Hüseynli
Tramp administrasiyası Qəzza zolağında 350 hektar ərazidə 5000 nəfərlik hərbi baza qurmağı planlaşdırır.
Operativ Media xəbər verir ki, bu barədə " The Guardian" nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, bu kompleksin gələcəkdə çoxmillətli, tamamilə könüllü Beynəlxalq Sabitləşdirmə Qüvvələri üçün hərbi əməliyyat bazasına çevrilməsi gözlənilir.
Mərhələlərlə inşa edilməsi planlaşdırılan hərbi baza, nəticədə 1400x1100 metrlik bir ərazini əhatə edəcək və 26 zirehli müşahidə qülləsi, kiçik silahlar üçün atış poliqonu, bunker və əməliyyatlar üçün hərbi texnika saxlama sahəsini əhatə edəcək. Bütün baza tikanlı məftillərlə əhatə olunacaq.
Qala Qəzza zolağının cənubundakı quraq düzənlikdə ucalacaq.