Menyu

Qırğızıstan XİN rəhbəri İsveçrəyə işgüzar səfər edəcək

Şəfa Hüseynli
Qırğızıstan XİN rəhbəri İsveçrəyə işgüzar səfər edəcək

23-24 fevral 2026-cı il tarixlərində Qırğızıstan Respublikasının Xarici İşlər Naziri Jeenbek Kulubayev BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyasının və Silahsızlanma üzrə Konfransın Yüksək Səviyyəli Seqmentlərində iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfər edəcək.

Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan XİN məlumat yayıb.

Səfər çərçivəsində nazir Kulubayevin İsveçrə Konfederasiyasının Federal Xarici İşlər Departamentinin rəhbəri İ.Kassis, eləcə də BMT-yə üzv dövlətlərin digər xarici işlər qurumlarının rəhbərləri ilə danışıqlar aparması planlaşdırılır.

Əlaqəli Xəbərlər