Menyu

İtaliyada 2026-cı il Qış Olimpiya Oyunlarının bağlanış mərasimi başa çatıb

Şəfa Hüseynli
İtaliyada 2026-cı il Qış Olimpiya Oyunlarının bağlanış mərasimi başa çatıb
1 dəq oxu

İtaliyada keçirilən XXV Qış Olimpiya Oyunlarının bağlanış mərasimi başa çatıb.

Operativ Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, Olimpiya oyunlarının açılış mərasimi 6 fevralda Milanda keçirilib. Yarışlar isə  4 fevralda başlayıb.

2026-cı il Qış Olimpiya Oyunları 22 fevralda başa çatıb. Norveç qeyri-rəsmi medal sayında 18 qızıl, 12 gümüş və 11 bürünc medal qazanaraq birinci yeri tutub.  ABŞ isə ikinci yeri tutub (12 qızıl, 12 gümüş, 9 bürünc), ardınca Hollandiya gəlir (10-7-3).

Əlaqəli Xəbərlər