Menyu

Belarus Baş naziri Özbəkistana rəsmi səfərə gəlib

Şəfa Hüseynli
Belarus Baş naziri Özbəkistana rəsmi səfərə gəlib

Belarus Baş naziri Aleksandr Turçin hökumət nümayəndə heyətinə rəhbərlik edərək Özbəkistana rəsmi səfərə gəlib.

Operativ Media xəbər verir ki, bu barədə "Belta" məlumat yayıb.

Özbəkistan-Belarus Biznes Şurasının və Özbəkistan-Belarus Biznes Forumunun dördüncü iclası sabah Daşkənddə keçiriləcək.

İki günlük səfər çərçivəsində Özbəkistan Baş naziri Abdulla Aripovla danışıqlar və bir neçə istehsal sahəsinə baş çəkmək də nəzərdə tutulub.

Səfər zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşdə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunacaq.

Əlaqəli Xəbərlər