İran Rusiya ilə gizli 500 milyon avroluq hərbi müqavilə imzalayıb
Şəfa Hüseynli
Tehran Moskva ilə 500 milyon avro dəyərində gizli müqavilə imzalayıb və bu müqaviləyə əsasən Rusiya İrana müasir hava hücumundan müdafiə sistemləri və raketlər tədarük etmək niyyətindədir.
Operativ Media xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Rusiya üç il ərzində İrana 500 "Verba" buraxılış qurğusu və 2500 raket tədarük etməyi öhdəsinə götürüb. "Verba" Rusiyanın ən qabaqcıl hava hücumundan müdafiə sistemlərindən biridir və kruiz raketlərini, alçaqdan uçan obyektləri və dronları hədəfə ala bilir.
FT-yə görə, İrana silahların çatdırılması üç mərhələdə planlaşdırılır və bu mərhələ 2027-ci ildən 2029-cu ilə qədər davam edəcək.