Menyu

ABŞ İran ətrafındakı bazalarda yerləşdirilən hərbi təyyarələrin sayını artırıb

Şəfa Hüseynli
ABŞ İran ətrafındakı bazalarda yerləşdirilən hərbi təyyarələrin sayını artırıb

ABŞ İran yaxınlığındakı İordaniya və Səudiyyə Ərəbistanındakı bazalarda yerləşən hərbi təyyarələrin sayını əhəmiyyətli dərəcədə artırıb.

Operativ Media xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

Nəşr peyk şəkillərinə və Təl-Əviv Universitetinin qiymətləndirməsinə istinadən bildirir ki, İordaniya bazasında ən azı 66 qırıcı təyyarə var. Aviasiya üzrə ekspert jurnalistlər bildirib ki, görüntülərdə görünən təyyarələrdən on səkkizi F-35 qırıcılarıdır.

bazada həmçinin 17 F-15 çoxməqsədli qırıcı və səkkiz A-10 hücum təyyarəsi yerləşir. Bazada EA-18 elektron müharibə təyyarələri və nəqliyyat təyyarələri də müşahidə olunub.

Görüntüləri təhlil etdikdən sonra aviasiya mütəxəssisi Səudiyyə Ərəbistanındakı bazada "E-3 AWACS" hava xəbərdarlıq və idarəetmə təyyarələrinin, eləcə də C-130 və C-5 nəqliyyat təyyarələrinin olduğunu da bildirib.

Əlaqəli Xəbərlər